Bir sıra Kütləvi İnformasiya Vasitələrində ADAU-nun tələbəsinin Gəncə şəhərində kirayə qaldığı mənzildə dəm qazından boğularaq öldüyü xəbəri yayılmışdır. Universitetin mətbuat xidməti yayılan xəbərin doğru olmadığı, dünyasını dəyişmiş gəncin digər bir ali təhsil ocağının tələbəsi olduğu xəbəri ilə mətbuata müraciət etmişdir. Portalımıza göndərilən xəbərdə deyilir:
“Kütləvi İnformasiya vasitələrinin yaydığı xəbərdə bildirilir ki, Gəncədə dəm qazından boğulma hadisəsi baş verib və dünyasını dəyişən gənc Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.
Təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsi KİV-lərə bildirir ki, bizdə belə bir tələbə olmayıb və xəbərdə yanılışlığa yol verilərək, ADAU-da oxuduğu yazılıb.
Allah Turala rəhmət eləsin. Onun doğmalarına Allahdan səbr diləyirik.”