Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startaplara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən mərkəz bu dəfə Gəncə şəhərində “Sahibkarlıq Konfransı” təşkil edib. Məqsəd uğur qazanmış mütəxəssislərə bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub.
Konfransda “4-cü texnoloji inqilab və innovasiyalar” mövzusunda İmran Bağırovun, “Müasir təhsil texnologiyaları və onların tətbiqi” ilə bağlı Fədai Əfəndiyevin, “Startap inkişafının 5 mərhələsi” başlığı altında Tural Abbasovun, “Biznes üçün investisiya almağın yolları” barədə Məmməd Kərimin, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu”na dair Fərrux Rəhimovun məruzələri dinlənilib.
Barama İnnovasiya və Sahibkarlıq mərkəzi Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.
Mərkəz Gəncədə fəaliyyət göstərən startaplara dəstək məqsədilə indiyədək bir çox layihələr reallaşdırıb.
Ruslan Vəliyev, ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi.