Gəncədə müəllimə etiraz olaraq sinif jurnalını oğurlayıblar.
Sosial şəbəkələrdə paylaşımlara görə hadisə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə baş verib. İddialara əsasən jurnalı məktəbin 7-ci sinif şagirdi oğurlayıb.
Şagirdin əl atdığı bu “üsul” onun guya ki, aşağı qiymət alması olub. Həmin gün sinifdə aşağı qiymət alan şagirdlərlə müəllim arasında mübahisə düşüb. Dərs bitdikdən sonra isə 7-ci sinif şagirdlərindən biri müəllimə etiraz olaraq sinif jurnalını oğurlayıb.
Müəllimin müraciəti əsasında polis işə qarışıb, jurnal məktəbə təhvil verilib.
Lap detektiv əsərlərdəki hadisəyə bənzəyir.
Allah betərindən saxlasın.