Gəncədə aşağı qiymət alan şagird jurnalı oğurlayıb-Ölmədik bunu da gördük

Gəncədə müəllimə etiraz olaraq sinif jurnalını oğurlayıblar.

Sosial şəbəkələrdə paylaşımlara görə hadisə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə baş verib. İddialara əsasən jurnalı məktəbin 7-ci sinif şagirdi oğurlayıb.

Şagirdin əl atdığı bu “üsul” onun guya ki, aşağı qiymət alması olub. Həmin gün sinifdə aşağı qiymət alan şagirdlərlə müəllim arasında mübahisə düşüb. Dərs bitdikdən sonra isə  7-ci sinif şagirdlərindən biri müəllimə etiraz olaraq sinif jurnalını oğurlayıb.

Müəllimin müraciəti əsasında polis işə qarışıb, jurnal məktəbə təhvil verilib.

Lap detektiv əsərlərdəki hadisəyə bənzəyir.

Allah betərindən saxlasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.