Gəncədə Əməkdar məşqçilərin yubileyi qeyd olunub

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin pauerliftinq (ağırlıq qaldırma) üzrə Respublikanın baş məşqçisi, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, “Respublika dərəcəli hakim” Natik Rasim oğlu Əliyevin 50 illik yubileyi və SSRİ İdman Ustası, Azərbaycanın Əməkdar məşqçisi, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Mübariz Hüseynov Məmməd oğlunun doğum günü Gəncə şəhər idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə qeyd edilib

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsriov və Gəncə şəhərinin idman ictimaiyyətinin nümayəndələri çıxış edərək , Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Natik Əliyevi və Mübariz Hüseynovu doğum günləri münasibətilə təbrik etmişlər, cənab Prezident İlham Əliyev  ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açmışlar, həmçinin qeyd olunub ki, Gəncə idmançılarının uğurların əldə olumasında Natik Əliyevin və Mübariz Hüseynovun də xüsusi xidmətləri vardır.

Natik Əliyev və Mübariz Hüseynov  tədbirinin keçirilməsinə görə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə, eləcə də ölkəmizdə idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda Baş İdarə tərəfindən Bədən tərbiyəsi və idman sahəsində verdiyi töhfələrə görə, Gəncə şəhərinin Pauerliftinq və Armrestlinq idman növləri üzrə baş məşqçisi Natik Əliyev 50 illik yubileyi münasibətilə və Bədən tərbiyəsi və idman sahəsində verdiyi töhfələrə görə, futbol idman növü üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Mübariz Hüseynov isə doğum günü münasibətilə Fəxri Fərmanla  təltif ediliblər.

Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.