Gəncədə şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və şəhər ictamaiyyəti iştirak edib.
Sərgidə 10-a yaxın istedadlı əlilin 100-ə yaxın əl işi sərgilənib. Nümayiş olunan əl işləri sırasında Azərbaycanın tarixini, bu gününü, milli mənəvi dəyərlərini özündən əks etdirən müxtəlif rəsm əsərləri, dekorativ tətbiqi sənət və toxuculuq nümunələri yer alıb.
Təşkil olunan satış-sərgiəlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və maddi rifah halının yaxşılaşmasına dəstək olmaq məqsədi daşıyıb.