Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, “Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.
Baş İdarənin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm göstərməsi və Gəncənin vətənpərvər idmançı oğullarından söz açmış, bu müharibədə qələbənin əsas memarı cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını qeyd edib.
“Gəncə Vətən Müharibəsində” kitabının redaktoru, hörmətli şair Eltun Türkel çıxış edərək göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, bu kitabda Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsi zamanı xüsusi igidlik göstərmiş idmançı əsgərlər haqqında da geniş məlumat verilmiş, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qazi idmançılarılara göstərilən diqqət və qayğıdan söz açılmışdır.