“Gəncə Vətən Müharibəsində” kitabının təqdimatı keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, “Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.

Baş İdarənin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm göstərməsi və Gəncənin vətənpərvər idmançı oğullarından söz açmış, bu müharibədə qələbənin əsas memarı cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını qeyd edib.
“Gəncə Vətən Müharibəsində” kitabının redaktoru, hörmətli şair Eltun Türkel çıxış edərək göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, bu kitabda Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsi zamanı xüsusi igidlik göstərmiş idmançı əsgərlər haqqında da geniş məlumat verilmiş, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qazi idmançılarılara göstərilən diqqət və qayğıdan  söz açılmışdır.
Tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə məşqçi müəllimi Cavad Nəhmədov Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyinə görə Baş İdarə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

167813498 3658371834211676 6975784231598205116 N167919610 3658372334211626 2804502353606479469 N168255300 3658371687545024 855286203366157336 N167987484 3658370694211790 7571547211849515340 N168495768 3658374584211401 7832646342694246998 N

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.