Gəncə teatrı yeni tamaşanın məşqlərinə başlayır

Gəncə Dövlət Dram Teatrı koranavirus pondamiyası dövründə öz tamaşalarını onlayn olaraq təqdim edir. Hətta ötən həftə ərzində yayımlanan tamaşalara ümumilikdə 2667 tamaşaçı baxışı olub. Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev verib. Onun sözlərinə görə yaradıcı kollektiv həmçinin yeni pyesin üzərində onlayn məşqlərə başlayır. Teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib ki, “Rejissor Elşad Əhmədovun quruluşunda Yelena Barançikovanın “Çingiz xanın buludu” pyesi üzərində yaradıcılıq işinə onlayn olaraq başlanılıb. Yeni hazırlanan pyesdə əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev, aktyorlar Sevinc Hüseynova, Murad Meyfəliyev, Samir Abbasov, Emil Salmanov, Elmir Məmmədov və Tural Ağayev ifa edəcəklər”.

Həmçinin onun sözlərinə görə tamaşanın quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Ziyad Abbasovdur. Yeni hazırlanan tamaşanın isə may ayının sonunda təhvil verilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.