Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı Fonda daxil olan yeni kitabların sərgisini təşkil edib.
Sərgidə müxtəlif elm sahələrini əhatə edən rus, azərbaycan və xarici dildə olan ədəbiyyatlar təşkil olunub.Sərgi ilə iştirakçıları 1 saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə tanış edib.
Sərgini təşkil etməkdə məqsəd oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsidir. Həmçinin də oxucuları kitabxanaya cəlb etmək,onlarda kitablara olan marağı daha da artırmaqdır. Kitabxanada son iki ay ərzində Fonda daxil olan yeni kitablar haqqında iştirakçılara məlumat verilib. İştirakçılar eyni zamanda sərgilənən Elxan Elatlı “Arxalı canavar ”, Elxan Elatlı “Eksperiment “, Elxan Elatlı”Məhəbbətin gizli kodu” Çingiz Abdullayev “Freyd üçün etüd,” Altın Arıq “Xakas qəhrəmanlıq eposu”,Unberto Eko “Qızılgülün adı”, Elias Kanetti “Korlaşma”, Çingiz Qajar “Old Shusha”, Elçin Vilayət Quliyev”Özümüz və sözümüz” və digər fonda daxil olmuş yeni kitablarla tanış edilmişdir.
Sərgidə Cəfər Cabbarlı adına orta məktəbin şagirdləri iştirak ediblər.


