Gəncə məktəblərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində Gəncə məktəblərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.

Ekskusiyalar 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılır.

“Məktəblilər üçün muzey həftəsi”nin təşkil olunmasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Ekskursiyalar çərçivəsində şagirdlər Gəncə şəhərində müxtəlif tarixi abidələrində və muzeylərdə olublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.