Gəncə İdman liseyində şagirdlər “Xocalı faciəsi”-nin 33 ildönümünə həsr olunmuş təqdimat keçiriblər

Gəncə İdman liseyinin 6a şagirdləri “Xocalı faciəsi”-nin otuz üçüncü il dönümünə həsr olunmuş təqdimat keçiriblər.

Tədbiri liseyin direktoru Mehman Allahverdiyev açmış, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mehman Allahverdiyev Xocalı faciəsinin nəticələri barədə danışmış, bunun insanlıq tarixində ən amansız terror hadisəsi olduğunu qeyd etmişdir. Soyqırımın ermənilərin etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu bildirən M. Allahverdiyev tariximizi yaxşı öyrənməyin vacibliyini vurğulamışdır. Erməni qəsbkarlarının törətdikləri vəhşiliklər nəticəsində xocalıların əlli faizinin məhv edildiyini xatırladan Mehman Allahverdiyev ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini, xalqımızın haqq səsinin dünyaya bəyan olunduğunu diqqətə çatdırmışdır.

Şagirdlər qısa fraqmentlərlə vəhşicəsinə törədilən bu faciəni yad ediblər.

Direktor Mehman Allahverdiyev, direktor müavini Baris müəllim, ədəbiyyat müəllimi Gövhər müəllimə və sinif rəhbəri Xavər müəllimə bu tarixi hadisə haqqında şagirdlərə məlumatlar veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.