Gəncə İdman Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə şənlik keçirilib. Bayram şənliyində il ərzində müxtəlif idman nominasyaları üzrə dərəcə almış idmancı şagirdlərim, həmcinin Liseyin tədbirlərində fəal iştrak etmiş şagirdlər mükafatlandırılıb. Liseyin İbtidai sinif müəlliməsi Mustafayeva Səkinə” İlin ən fəal müəllimi” kimi xüsusi mükafata layiq görüldü.
Tədbirdə Gəncə Veteranlar birliyinin sədri Tofiq Hüseyinov, jurnalist Ruhulla Zahidov və Azərbaycan Güləş Federasiyasının Qərb Regionunun Kordinatoru Ayət Rüstəmzadə qonaq kimi iştirak etmişdir.