Gəncə güləş məktəbinin yetirməsi Jalə Əliyeva Avropa çempionatında qızıl medal qazanıb.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatını qadın güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Gəncə güləş məktəbinin yetirməsi Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) və Gültəkin Şirinova (53 kq) isə bürünc medal qazanıblar.
Təbrik edirik!