Bəzi kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilmişdir.Bununla bağlı tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır, reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq ücün saxta profillərdən göndərilən, heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır.
Hazırda bütün dünyada yayılmış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün möhtərəm Prezident tərəfindən görülən tədbirləri vaxtında atılan addımlar kimi qiymətləndiririk. İnanırıq ki, izolyasiya tədbirləri, müvafiq qadağalar, həssas qruplardan olan insanlara, xüsusən yaşlı nəslə qayğı qısa müddətdə xəstəliyin qarşısını almağa kömək edəcək, ölkəmizi epidemiyadan qoruyacaq.
Bildirmək istəyirtik ki, bu günlərdə Gəncə Dövlət Universitetində internet üzərindən Elmi Şura keçirilmişdir. Şuranın qərarı ilə cənab Prezident tərəfindən yaradılmış “Koronovirusla Mübarizəyə Dəstək Fondu” na universitetin büdcəsindən 30000 (otuz min) manat vəsait köçürülmüşdür. Bundan başqa universitetin rektoru Yusif Yusibov bir aylıq əmək haqqını, kafedra müdiri Vaqif Novruzov 1000 (min) manat, prorektorlar və fakültə dekanları aylıq əmək haqqının 50 faizini bu fonda köçürmüşlər.
Əsl reallıq bundan ibarətdir, bir daha bildirmək istəyirik ki, saxta profillərdən dərc olunmaq üçün göndərilən yazılar həqiqəti əks etdirmir.