Gəncə Dövlət Universitetinin aliminə ağır itki üz verib. Bu barədə o, özünün facebook səhifəsində status yazıb.
Gəncə Dövlət Universitetin “Ümumi texniki fənlər” kafedrasının müdiri, texnika elmləri doktoru Elçin Cavadovun atası Məhəmməd Cavadov dünyasını dəyişib.
Cavadov Məhəmməd Namaz oğlu 1937 – ci ildə Gədəbəy rayonunun Kərimli kəndində anadan olmuşdur. 1962 – ci ildə H. Zərdabi adına KDPİ – nin “Pedaqogika və ibtidai təhsilin metodikası” ixtisasına qəbul olunmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirib, 1968 – ci ildə Gədəbəy rayonu, Hacıalılar kənd orta məktəbinə müəllim təyin olunmuşdur.
1973 – cü ildə Azərbaycan SSRİ – nin xalq maarif naziri M. Mehdizadənin əmri ilə fəxri fərmanla təltif olunub. 1976-cı ildən əməkdar müəllimdir. 2007-ci ildə 70 yaşı tamam olub və öz ərizəsi ilə təqaüdə çıxıb. 05. 12. 2020 – ci ildə şəkər xəstəliyinin ağırlaşması səbəbindən vəfat edib.Elçin Cavadovun atasının vəfatı ilə bağlı kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Hörmətlə, Həsənbala Hənifə oğlu Sadıqov,
AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri,
tarix elmləri doktoru, professor, Respublikanın Əməkdar müəllimi.
ALLAH rəhmət eləsin. Çox yaxşı insan, ziyalı, qayğıkeş ailə başçısı idi. Millətini, dövlətini sevən müəllim idi. Yeri behişt olsun. Yaxınlarına səbr diləyirəm.
Təşəkkür edirəm çox sağ olun.Allah ölənlərinizə rəhmət eyləsin.
Ruhulla Zahidov, qardaş diqqətinizə görə çox sağ olun.Təşəkkür edirəm Sizə və Həsənbala müəllimə.