Redaksiyamızın email poçtuna Gəncə Dövlət Universitetinin baş müəllimi kimi özünü qələmə verən S.Əlixanlıdan məktub daxil olmuşdur. Yazı müəllifinin əslində kim olduğunu bilmirik. Əlaqə yaratmağa çalışsaq da bizə telefon nömrəsini vermək istəmədi:- “Qorxulu nə var ki,dərc edin”.– deyib cavab ünvanladı. Üstəlik, bir saytda dərc olunmuş məqalənin və videonun linkini də bizim poçtumuza göndərdi.
Məktubda GDU-nun rəhbərliyi haqqında təhqiramiz ifadələr işlədilmişdir. Biz belə məzmunlu neçə məktublar alsaq da onlar həmişə portal rəhbərliyinin qınaq obyektinə çevrilmişlər. Bu dəfə məsələyə tamam başqa prizmadan yanaşmalı olduq. Qorxmuruq- deyə yazını olduğu kimi dərc edirik.
Təhsil ocaqlarında baş verən püşvətxorluq və korrupsiya faktları özünü hər zaman özünü biruzə verib. Maraqlısı budur ki, tanınmış təhsil ocaqlarında çalışan müəllim kollektivinin üzvləridə öz çalışdıqları məktəblərdə baş verən rüşvətxorluq və korrupsiya faktları barədə dəfələrlə əlaqədar təşkilatlara müraciət etsələrdə heç bir reaksiya verilməyib. Gəncə Dövlət Universitetinində çalışan bir qrup müəllim Hefteaz.com saytı vasitəsilə Dövlət Başçısı İlham Əliyevə, təhsil naziri Emin Əmirullayevə müraciət ünvanlayıblar. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli cənab nazir Emin Əmrullayev, biz Gəncə Dövlət Universitetinin müəllimləri məcbur olub Sizə müraciət edirik. Bizim universitet özü-özünü maliyyələşdirir. Universitetin rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat, laborant heyəti isə 250-300 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq?
Texnologiya Universitetində saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb.
Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir. Siz Təhsil Nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim???
Bəs bu müəllimlər kimə dərdlərini desinlər nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə??? Artıq müəllimlər dilənmək zorundadır. Az miqdarda verilən məzuniyyət pulunu da heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq. Bəs, bizim istirahət hüququmuz yoxmudur, biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə gedək. Necə olur ki, bizim hazırladığımız elmi dərəcəsi olmayan orta məktəb müəllimləri bizdən alimlərdən çox maaş alır?
Heçmi Allahınız yoxdur, niyə bir nazir kimi bu qoca,özündən razı, heç bir müəllimi qəbul etməyən, ümumiyyətlə qəbul günü olmayan bu rektorun qulağından tutub çölə tullamırsız?? Heçmi bir nazir kimi Gəncə Dövlət Universitetinin müəllimlərinin halına vicdanınız sızlamır???” Sosial şəbəkələrdə də hər gün yazırlar, lakin universitetdən müəyyən adamlar pul verib onu sildirirlər. Belə materialdan biri də yenicə qarşıma çıxdı. Nə yaxşı onu sildirməyiblər, maraqlıdır. Şikayət məktubunu da bu videonun təsiri altında yazdıq.”
Hörmətlə, S.Əlixanlı
Gəncə Dövlət Universitetinin baş müəllimi
Mövzu diqqətimizdədir