Gəncə Dövlət Dram Teatrı “Xəmsə” ədəbi-bədii kompozisiyası ilə Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalın”da

Gəncə Dövlət Dram Teatrı “Xəmsə” ədəbi-bədii kompozisiyası ilə Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalın”da iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması və dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə Gəncə Dövlət Dram Teatrı şairin poemaları əsasında hazırladığı “Xəmsə”ədəbi-bədii kompozisiyası ilə qardaş Türkiyə Cümhuriyyətində 27 mart-25 aprel tarixlərində keçirilən “Uluslararası Kısa Performanslar Festivalı”nda onlayn formatda iştirak etmişdir.

“Xəmsə”ədəbi-bədii kompozisiyasının bədii rəhbəri Gəncə Dövlət Dram Teatrının direktoru,respublikanın “Əməkdar Mədəniyyət işçisi Əli Qasımov, rejissorları Elşad Əhmədov, Yusif Cəfərovdur. Nizami Gəncəvi rolunda xalq artisti Alim Məmmədov çıxış etmişdir. Digər rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov,Sevda Orucova, Elxan Abbasov, Kəmalə Məmmədova, aktyorlar Mətləb Təhmazi, Samir Abbasov, Vasif İsmayılov, Vüsalə Səttarova, Nailə Əhmədova, Sevinc Hüseynova, Seymur Məmmədov və başqaları ifa etmişlər.

“Xəmsə”ədəbi-bədii kompozisiyasını Festivalın Youtube və Facebook hesabları üzərindən Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət, incəsənət işçiləri və Gəncənin digər teatrsevərləri izləmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.