Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı gənc aktyor dueti” nominasiyalar üzrə Ukraynada keçirilən iki beynəlxalq festivalda qalib olub.
Ukraynanın Xerson şəhərində 8 ölkənin qatıldığı festivalda Gəncə Dövlət Dram Teatrı “Ən yaxşı rejissor işi” nominasiyası üzrə qalib olub. Komksda keçirilən “ Klassika Bu gün 11-ci Beynəlxalq teatr” festivalına da isə “Ən yaxşı tamaşa” və “Ən yaxşı gənc aktyor dueti” nominasiyaları da Gəncə teatrına verilib.
Teatr Ukraynada gürcü yazar Nodar Dumabadzenin “Hellados” fəlsəfi tamaşası ilə çıxış edib. İradə Gözəlovanın quruluş verdiyi 90 dəqiqəlik bu səhnə əsrində xalq artisti Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist Sevda Orucova eləcə də gənc aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev iştirak edib.
Xatırladaq ki, Dram Teatr aprel ayında Türkiyənin Adana və Konya şəhərlərində keçirilən festivallardan da diplomla qayıdıb.