Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) inzibati binasında ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilib.

Görüşdə şagird sağlamlığı, təhlükəsizliyi və məmnunluğu, nizam intizamın idarə olunması istiqamətində aparılan keyfiyyət monitorinqləri, şagird davamiyyəti ilə bağlı aparılmış monitorinqlər, onlayn davamiyyət sistemi və BilBacar müsabiqəsi barədə təhlillər təqdim olunub.

Görüşdə GDRTİ-nin müdiri Elçin Kərimov təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasının əhəmiyyətindən, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrindən və ümumtəhsil məktəblərində aparılan keyfiyyət monitorinqləri barədə çıxış edib.

Görüş qarşılıqlı müzakirə şəraitində davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.