Füzuli Dövlət Dram Teatrında Sahib İbrahimlinin “Sadığın toyu” tamaşasına ictimai baxış olub

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Sehran Xanlarov və başqaları çıxış edir.

Hal-hazırda teatr novruz bayramı münasibətilə hazırlanmış “Könlüm bahar istəyir” adlı şou-proqrama start verib. Şou-proqramın rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində, Füzuli, Beyləqan, Ağcabədi rayon “N” saylı hərbi hissələrdə nümayişi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.