Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. Çıxışlar dinlənilib və gənclər mükafatlanıb. Tədbirdə fəal gənclərlə yanaşı “Odlar Yurdu” GİB-in Baş Katibi Ruslan Vəliyev də “Fəxri Fərman”la təltif olunub.