Eyvaz Həmidin şeir payı-Bir od oğluyam

Bir od oğluyam (Ramil Səfərovun dili ilə)

Məndə bu vətənin vətəndaşıyam,
Bir qaya qəlpəsi vətən daşıyam,
Bir vətən daşına çevirin məni,
Çevirib sapanda qoyub da atın,
Gedim yağıların gözunə batım.

Tuğay meşəsində bir kövrək şuyəm,
Qoymayın qussədən yanam uşuyəm.
Məni ox eyləyin, kamana qoyun,
Atın da duşmənin gözunu oyun.

Mən odlar yurdunun bir od oğluyam,
Odda qovrulmuşam, od doğulmuşam,
Məni od eyləyin, səpin ustunə,
Yağılar boğulsun mənim tustumə.

Mən Eyvaz Həmidin qəzabı ağır,
Yağılar bilməsin bizləri fağır,
Mənim vətənimin torpağı ağır,
Mənim vətənimin daşı ağırdır,
Duşəcək başına daşım duşmənin!

Qartal, zirvələrdən enmə aşağı

Aldanma zamanın fitnə-felinə,
Aldanma heç kimin şirin dilinə,
Çalış duşməyəsən insan əlinə,
Zirvələr sultanı, zirvələr şahı
Qartal, zirvələrdən enmə aşağı.

Zirvələr boynuna biçilib sənin,
Qarğalar qarşında kiçilib sənin.
Badələr şəninə içilib sənin.
Tuşlansa sinənə tale bıçağı,
Qartal, zirvələrdən enmə aşağı.

Zirvədən yamaca enən qartalın,
Ayağı zəncirdə sinən görmuşəm.
Qartal yuvasından enən qartalı,
Yaman guluş gunə qalan görmuşəm.
Qartal göturəmməz belə qınağı,
Qartal, zirvələrdən enmə aşağı.

Eyvazam,şimşəktək çaxmağım gəlir,
Zirvələr başına çıxmağım gəlir,
Qartal gərdişinə baxmağım gəlir,
Durma gər qanadı zirvələr şahı,
Zirvələr sultanı,zirvələr şahı,
Qartal zirvələrdən enmə aşağı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.