Erməni vandalizmi Reza Deqatinin müəllifi olduğu fotolarda

Azərbaycan mədəniyyətlərin və dinlərin qovuşduğu tarixi məkan kimi bəşəri dəyərlərin zənginləşdirilməsi, beynəlxalq və regional sülhün bərqərar olması üzrə böyük əhəmiyyət kəsb edən özünəməxsus multikulturalizm və tolerantlıq nümunəsi formalaşdıran ölkə kimi dünyada tanınır.

Ermənistanın uzun müddət davam etmiş işğal zamanı Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələrini dağıtması, mənimsəməsi, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edərək vandalizmə məruz qoyması isə təcavüzkar siyasətin nəticəsidir.

Erməni vandalizminin əyani sübutlarının şahidi olan tanınmış fransalı fotoqraf Reza Deqati rəsmi “Instagram” səhifəsindəki paylaşımında “Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını, məscidlərin tövləyə çevrildiyini gördüm”-deyə bildirib. “Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam” – deyə R.Deqati paylaşımında fikrini davam etdirib.

Qeyd edib ki, işğalın davam etdiyi 30 illik müddət ərzində Ağdam rayonunun Qiyaslı kəndindəki məscid inəkləri saxlamaq üçün istifadə olunub. İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar.

Məlumat üçün bildiririk ki, Ağdam rayonu Qiyaslı kəndi ərazisində yerləşən məscid (inv. 4052) XVIII əsrdə inşa olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Reza Deqatinin müəllifi olduğu fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.