Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi keyfiyyət təminatı iştirakçılarını yenidən bir araya gətirib.
Bakı Biznes Universitetində təşkil olunan 4 günlük təlimlərdə UTECA-nı Tədris işləri üzrə prorektor Vüqar İsmayılov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov təmsil ediblər.
Bu dəfəki təlimdə müəssisə daxilində keyfiyyətin təminatı üçün istifadə olunan tətbiqi proqram təminatı QPR Graphics və QPR Metrics barədə geniş məlumat verilib. Proqram təminatı Keyfiyyətin təminatı şöbələrinin müvafiq kompyuterlərinə yüklənib, proqramın fərqli modulları, işləmə prinsipi barədə məlumatlar verilib.