Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir-Pedaqoq öz rəhbərliyi haqqında

Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir.

Təlimdə təhsil və tərbiyə vəhdət daşımalıdır, çünki bu zaman istədiyimiz inkişafı əldə edə bilərik. Bütün bunlara dayanaraq deyə bilərəm ki, ümümi təhsil müəssələrinə ciddi nəzarət edilməlidir. Lakin bu nəzarətin sonunda rüşvət olmamalıdır. Bu artıq təhsili uçuruma aparır və bu zaman heç bir keyfiyyətdən söhbət gedə bilməz.

İyirmi səkkiz ildir ki, pedaqoji fəaliyyətlə məşğulam, bu illər ərzində hər yoxlanışdan sonra müəllimlərdən komissiya pulu adı ilə 100 və ya 50 manat yığıldığının şahidi olmuşam. Hətta bu yaxınlara qədər hər ay müəllimlərdən 15- 20 manat məbləğində pul yığılırdı. Amma, heç bir müəllim soruşmurdu niyə, nə üçün? … 2020- ci ildə Anar Qədimalıyev Gəncə təhsil idarəsinin müdiri təyin edildikdən sonra aylıq ödənilən pullar yığışdırıldı. Məktəbdə yoxlanışlar şəffaf aparılmağa başladı. 11 – ci siniflərin atestatlarının verilməsi üçün pul yığımının qarşısı alındı. Bununla yanaşı Anar müəllim siravi bir vətəndaş kimi məktəblərə gəlib, tədrisin, təlim-tərbiyənin keyfiyyəti ilə yaxından tanış olmağa çalışır, ümumtəhsil müəssisələrində səmərəli və keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə məktəbin infrastrukturu və maddi – texniki bazasında olan əksiklikləri aradan qaldırmağa çalışırdı.

Mənim Anar Qədimalıyevlə ilk əyani tanışlığım belə oldu. Dərsin bitməsinə bir neçə dəqiqə qalmış qapı döyüldü. Üzündə maska olan bir kişi qapıda göründü. – Müəllimə,  içəri keçmək olarmı? – Buyurun. – deyə cavab verdim. Əvvəlcə onun valideyn olduğunu düşündüm. Anar müəllim özünü təqdim etdikdən sonra onun Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev olduğunu bildim. Anar müəllim bir neçə dəqiqə içində uşaqlarla səmimi ünsiyyət qurdu. Uşaqlar onun suallarına həvəslə cavab verir, öz bilik bə bacarıqlarını göstərməyə çalışırdılar. Düşünürəm ki, çalışqan, savadlı , cavan bir kadr kimi Anar Qədimalıyev demokratik və şəffaf idarəçiliyi ilə təhsilimizdə yeniliklər edəcək. Bu işdə ona uğurlar arzulayıram.

Müasir dövrdə idarəçilikdə cavan kadrlara daha çox üstünlük verilir. Buna misal olaraq 2020-2021 tədris ilində məktəbimizə müdir kimi təyin olunmuş gənc kadr Nail İmranovu göstərə bilərəm. 2020 -2021 tədris ili distant keçirilsə də, müdirimiz Nail İmranov məktəbin müəllim heyətinin, şagird- müəllim kollektivinin inkişafını təmin etməyə çalışmış, müxtəlif onlayn tədbirlərin keçirilməsini təşkil etmiş, şagirdlərin dərslərdə iştirakını davamlı izləmişdir.

Dərslərin əyani bərpasından sonra müəllim və şagirdlərin iştirakı ilə bir sıra ədəbi-bədii və mədəni tədbirlərin keçirilməsini təşkil etmişdir. Bunlardan biri də Şərq poeziyasının günəşi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı keçirilən bədii gecə idi. Distant təhsil zamanı çətinlik çəkən müəllimlərin İKT bacarığını artırmaq məqsədilə xüsusi dərslər keçirilməsini təşkil etdi.

Məktəbimizdə ilk dəfə olaraq summativ qiymətləndirmə İKT – dən istifadə etməklə, müəllimlərin müdaxiləsi olmadan təşkil edilir. Çalışmış, müxtəlif onlayn tədbirlərin keçirilməsini təşkil etmiş, şagirdlərin dərslərdə iştirakını davamlı izləmişdir.

Nail müəllim hazırda da durmadan çalışır. Məktəbimizdə baş verən bu yeniliklərə görə gənc kadr olaraq, müdir kimi fəaliyyət göstərən Nail İmranova təşəkkürümü bildirirəm və işində uğurlar arzulayıram.

Aynur Abbasova, Gəncə şəhər 37 saylı tam orta məktəbin ibtidai sinif müəllimi.

2 Comments on “Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir-Pedaqoq öz rəhbərliyi haqqında”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.