Dünya hərb tarixinə düşən döyüş – Şuşa əməliyyatı

Azərbaycan Ordusunun Dağlıq Qarabağın erməni istilaçılarından azad edilməsi uğrunda apardığı döyüş əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə düşəcək. Məhz bu döyüşlərdə özündən bədgüman düşmənin “yenilməzliyi” haqda uydurduğu əfsanələr puça endirildi. Belə əməliyyatlardan biri də Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri uğrunda aparılan döyüşdür.
Dünya hərb tarixinə düşən hərbçilərimiz Şuşanı görün necə azad edib..
Azərbaycan ordusu Şuşa şəhərinə hücum edən zaman şəhəri 3 hərbi hissə və noyabrın 1-də gətirilmiş Ermənistan ordusunun ən elit qüvvəsi sayılan 022 saylı Xüsusi təyinatlı qüvvələr qoruyub. 1992-ci ildən şəhərə yerləşdirlən hərbi hissələrdən biri şəhərin Xankəndi istiqamətindən girişində (7 qat tərəf ) , digəri Daşaltı kəndi tərəfdən girişdə, biri isə mərkəzdə olub. Şuşanı tanıyanlar və əraziyə bələd olanlar bilir ki, normal orta texnika və maksimum 500 nəfər hazırlıqlı döyüşçü ilə şəhəri uzun müddət qorumaq olar .
Dəqiq məlumata görə Azərbaycan Xüsusi təyinatlı qüvvələrinin şəhərə hücumu zamanı Şuşada 3 minə yaxın Erməni əsgəri , 100-dən artıq hərbi texnika və çoxsaylı artileriya qurğuları olub. Bu 3000 nəfərin 450-dən çoxu 022 saylı XTQ-nin əsgərləri olub. Noyabrın 5-də yüngül silahlarla(avtomat pulemyot və qumbaraatanlarla ) silahlanmış Azərbaycan ordusunun 400 nəfərlik XTQ-si 3000 nəfərlik düşmən ordusunun müqavimətini qıraraq şəhərə girir .
Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti , misli görünməmiş qəhrəmanlığı sayəsində 2 gün sonra , noyabrın 7-də
Ermənistan ordusu ağır itki verərək Şuşanı tərk edir . Ermənistan ordusuna məxsus çoxsaylı texnika, silah sursat ələ keçirilir . Ən əsası isə Ermənistan ordusunun 1560 -dan çox əsgəri və ən çox güvəndiyi 022 saylı elit birləşmə 400 nəfər itki verərək məhv edilir .
30 ildir ki, mohkəmləndirilən, ən müasir silahlarla təchiz edilən , 1420 metr hündürlükdə yeləşən və strateji cəhətdən kritik nöqtə hesab olunan, 5,5 km² əraziyə malik , alınmaz qala kimi qorunan bir şəhəri əliyalın 400 nəfərlik qüvvə ilə işğaldan azad edən tək bir ordu var : Azərbaycan ordusu!
Yaşasın, AZƏRBAYCAN ORDUSU ! Yaşasın, ALİ BAŞ KOMANDAN!
Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.