Dövlətimizin öz vətəndaşına diqqət və qayğısı bütün dünyada nümunədir

Müzəffər ordumuzun və müzəffər Ali Baş Komandanımızın səyi nəticəsində illərdən bəri işğal altında olan torpaqlarımız geri qaytarıldı.Müharibədə itkilər olur, bu , labüddür.Vətən müharibəsində qalibiyyətimizdə əsgər və zabitlərimizin qətiyyəti, qəhrəmanlığı bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır.Bu müharibədə həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirik,onların ruhu qarşısında baş əyirik.44 günlük müharibədə düşmənə tutarlı zərbələr endirib,onu məhv edən və bizə böyük Qələbə qazandıran , özləri haqqın dərgahına qovuşan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.Mənfur düşmən üzərindət tarixi qələbəmizunudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq. Bu barədə dövlətimizin başçısı deyib və tapşırıqlarını verib.Unudulmaz şəhidlərimizlə yanaşı hərbçilərimiz, qazilərimiz möhtəşəm qələbəmizin canlı şahidləridirlər.

Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır.  Torpaqlarımızln azad olunması uğrundakı böyük savaşda soyuq səngərlərdə gecə gündüz döyüşən, düşmənə sipər olan vətən övladlarına hər cür qayğı göstərilməlidir. Bu dövlətimizin siyasətinin bir hissəsidir.  Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır. Azərbaycan dövlətinin vətəndaşlarına yüksək münasibəti heç bir dövlətlə müqayisə oluna bilməz. Bu gün Azərbaycanın dövlət büdcəsinin çox hissəsi  məhz sosial sahəyə ayrılır və vətəndaşların güzəranının yaxşılaşdırılmasına yönəlib. O cümlədən, Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də yüksək dövlət qayğısından bəhrələnirlər .Bu siyasətin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün həmin siyasət yeni mərhələyə qədəm qoyub.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. 26 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Abşeron rayonunda şəhid ailələrinə , müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillər təqdim etmişdir. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. ”Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.

Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. “-Prezident Abşeron rayonunda şəhid ailələri ,müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobilləriin təqdim olunması mərasimindəki çıxışında bu fikirləri söyləmişdir.

Bəli,  Azərbaycan Dövləti daim öz vətəndaşının yanındadır və bu, bütün dünya üçün bir nümunədir.

 

Tofiq Əsgərov,

Masallı RTŞ-nin əməkdaşı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.