Dövlət Komitəsi sədrinin birinci müavini ADAU-da

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə iyunun 24-də öz işinə başlayıb.

Seminar çərçivəsindəDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)sədrinin birinci müavini Səyyad Salahlı və komitənin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində də olublar. Tədbiri giriş sözüylə açan universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov qonaqları və tədbir iştirakçılarını salamlayaraq bü cür seminarların vacibliyini vurğulayıb.

Daha sonraDQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.