DİM-in vəzifələri artırıldı

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Etmtv. news KONKRET .az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Dövlət İmtahan Mərkəzinin vəzifəsi artırılıb.

Nizamnamədə qeyd olunub ki, DİM müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır.

Fərmanla müəyyənləşib ki, bundan sonra DİM peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.