Mayın 21-də Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert proqramı təşkil ediləcək.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı və Ərəstun Quliyev klassik Azərbaycan mahnılarını, Əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Abuzər Manafzadə fortepianoda milli musiqi nümunələrini ifa edəcəklər.
Konsertdə dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Abuzər Manafzadənin əsərləri yer alıb.