Daimiləşmə üzrə müsahibə mərhələsi başa çatıb

Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başa çatıb. 

Müsahibələrdə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak ediblər. 4-7 aprel tarixlərini əhatə edən müsahibə mərhələsində ümumilikdə 1922 nəfər iştirak edib və müvafiq komissiya tərəfindən onların peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılıb.

Qeyd edək ki, növbəti mərhələdə namizədlərin nəticələri emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.