Daha bir direktorun rüşvət alması ilə bağlı səs yazısının yayıldığı iddia olunur.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, iddiaya görə, Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.
Həmçinin direktorun keçən il məktəbdə hicablı şagirdin başından zorla hicabını çıxatdığına görə də gündəmə gəldiyi vurğulanır.
Məsələ ilə bağlı 1 nömrəli məktəbdən iddiaların hamısının cəfəngiyat və yalan olduğu bildirilib.
Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova isə məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib:
“Bu səs çox güman ki, ötən ilə aiddir. Deyirlər ki, direktorun xəbəri olmayıb. Bu pul yığma ya müəllimin, ya da valideynin öz təşəbbüsü olub. Bütün hallarda araşdırma aparılır”.