“CinemaPlus” hərbçilər üçün film nümayiş etdirdi

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Masallıda hərbçilər üçün film nümayiş etdirib.

Bu barədə kinoteatrlar şəbəkəsi “Instagram” və “Facebook” hesablarında məlumat yayıb.

Bildirilir ki, N saylı hərbi hissənin əsgərləri Masallı “ASAN Həyat” kompleksində yerləşən “Kinoklub”da komediya janrında olan, yenicə premyerası keçirilən “Aykut Enişte” adlı türk filmini izləyiblər.

Respublika Günü ilə əlaqədar baş tutan tədbirdə N saylı hərbi hissənin 70 nəfərlik şəxsi heyəti iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.