Etmtv. news bir təhsil portalıdır. Yarandığı qısa bir müddət ərzində portal özünə çoxlu sayda oxucular qazanmışdır. Portalın səhifəsində milli təhsilimiz, elm və mədəniyyət xadimləri ilə bağlı çoxlu sayda yazılar, müsahibələr, xəbərlər paylaşılmışdır. Təhsil işçilərindən bəhs edilən bu yazılarda tədrisin təşkilinə, bütövlükdə təlim-tərbiyə prosesinə nəzarətin hansı səviyyədə həyata keçirilməsinə böyük yer ayrılıb. Pedaqoqlarla aparılan söhbətlərdə onlar yeniyetmə və gənclərin vətənpərvərlik və hərbi vətənpərvərlik, milli-mənəvi, estetik, fiziki tərbiyəsi və s. barədə öz fikir və düşüncələrini bölüşür, gördükləri işin təlim-tərbiyədə mühüm və vacib əhəmiyyətindən söhbət açırlar. Hərçənd, hər təhsil işçisi də bu mövzuda pedaqoji söhbətlər aparmağa meylli deyildir. Bir sıra pedaqoqlar vardır ki, onlar yuxarıda sadalanan işlər barədə söhbət açmağı lazım bilməzlər. Dünyanın istənilən məsələsi haqqında istənilən qədər danışarlar, başçılıq etdikləri təhsil ocağında baş verən yeniliklərdən, məktəbin gündəlik qayğılarından, təhsildə gedən mütərəqqi proseslərdən, tədrisin keyfiyyətinin səviyyəsindən başqa istənilən mövzu onların söhbətlərinin əsasını təşkil edər.
Belələri çoxdur. Bunların arasında orta təhsil ocaqlarının rəhbərləri daha çox üstünlük təşkil edir.
Bəs onlar media nümayəndələri ilə bu səpkidə söhbətlərdən niyə qaçırlar? Müşahidələr çox vaxt onların bəzilərinin bu söhbətlərə, sadəcə, hazır olmadıqlarını göstərir. Digərləri isə, artıq oturduğu (daha çox “məşğul” etdiyi) kreslodan beziblər. Şəmkir rayonu İrmaşlı kənd tam orta məktəbin direktoru Ceyhun Məmmədov kimi. Özünün dediyi kimi, bir dəfə Təhsil Nazirinə, bir dəfə də Şəmkir rayon Təhsil Şöbəsinin rəhbərliyinə işdən çıxarılması ilə bağlı ərizə ilə müraciət edibdir (Gopa bax e). “Otkaz” ediblər. Müəllim də ruhdan düşüb. Əli işdən soyuyub. Ayaqları məktəbə gəlib-getməkdən yorulub. Alimliyin də daşını, özünün dediyi kimi. çoxdan atıb.
Bunu bizə özü deyib. Oturub fasebook səhifəsinin qarşısında. Lətifədən, gülməli şəkillərdən-zaddan qoyur səhifəyə, başını qatır. Ya da, əsgərlikdə 10 günün 9-nu necə “qumbax”da keçirtdiyi (yəqin, qaupvaxta demək istəyir) haqda əfsanəvi söhbətlərə daha çox vaxtını verər.
Ceyhun müəllim kənd məktəbinə direktor təyin olunmasını “dizbat”da srok hesab edir. Olur belə şeylər… Dostumuz oxuduğu ali məktəbdə də beləydi. Bir gün “qumbax” idi, bir gün “dizbat”. Belə-belə oxuyub, qurtardı. Onda da deyirdi ki, çıxarın məni universitetdən, ərizəsini cırıb tullayardılar zibil qutusuna…
İndi də müəllim fasebook aşiqi olub. Nə deyirsən yazar, paylaşar, bircə bunların arasında təhsilə aid az şey olar. Tədris ili başlayandan İrmaşlı kənd tam orta məktəbin həyətində Böyük Vətən Müharibəsində həlak olan kənd sakinlərinin şərəfinə ucaldılmış abidə haqqında yazı hazırlamağı qərara alsaq da, hələki, bu niyyətimizi həyata keçirmək mümkün olmayıb. Səbəb – kənd məktəbinin həyətində ucaldılmış abidənin inşasında maddi və mənəvi dəstəyi olan insan haqqında, abidənin təkrarən yenidən ucaldılmasının səbəbləri barədə o kənddə tanıdığımız yeganə məsul şəxs-məktəb direktorundan məlumatları ala bilməməyimiz və bizdə abidənin şəklinin olmamasıdır. Bu müddət ərzində Ceyhun müəllim öz şəxsi səhifəsində bir alimlik dissertasiyası, elmi iş həcmində lətifələr paylaşıb, çoxlu sayda şəkillərlə bizi güldürüb, düşündürüb, hirsləndirib, cinləndirib… nə bilim nə edib, amma portal üçün lazım olan məlumatı verməyib ki, verməyib. Əvvəllər, heç olmasa, telefon zənglərimizə cavab verərdi. Bu abidə onu nə qədər sarsıdıbsa, daha zənglərə cavab verməyi də özünə sığışdırmaz.
Amma yaman şəkillər qoyar fasebooka. Onlardan bəzilərini sizə təqdim edirik. Sizlərin də dincəlməyə, gülməyə haqqı çatır…
Eşşəyin sahibinə ürək sözləriniz...
Rodila çariça v noç, to li sına to li doç…
Əsrin selfisi…
Və sair və ilaxır…
P.S. Sonda bir şeyi də əlavə edək. Görəsən, Ceyhun müəllim tərəfindən şəkli fasebook səhifəsinə qoyulan Cibuti milli deputatı ondan edilən bu xahişə hansı müddətdə əməl edərdi? O da məktəb direktoru olsaydı, onlardan hansı birisi milli təhsilimizə daha çox tövhələr verərdi? Ceyhun Məmmədov, yoxsa, məsğərəyə qoyulan bu yazıq Cibuti milli deputatı?
Düşünməyə dəyər!