Ceyhun Bayramov 20 Yanvarla bağlı əmr imzaladı

“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib. 

Etmtv. news xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov  müvafiq əmr imzalayıb.

Təsdiq olunmuş plana əsasən, yanvarın 18-də ölkənin bütün tədris müəssisələrində ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək və bu mövzuda xüsusi dərslər təşkil olunacaq. Həmçinin, Bakı şəhərində və ölkənin bölgələrində şəhidlərin xatirəsinə ucaldılan abidələrə, şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagird və tələbələrin ziyarəti təşkil ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.