“Bütün dünya bir daha anlayacaq ki, Nəsimi Azərbaycana məxsusdur”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu ili “Nəsimi ili” elan edib.
Nəsimi obrazını bizə bir daha sevdirən, tanıdan aktyor Rasim Balayev Moderator.az-a açıqlamasında bu hadisəyə sevindiyini və gözəl qarşıladığını dedi:
“Keçən il də Nəsimi günləri oldu. Lakin bir neçə gün davam etdi. Amma bu il görünür, daha geniş keçiriləcək. Bu çox yaxşı hadisədir. Bilirsiniz, Nizami, Füzuli, Nəsimi kimi bəzi klassiklərimiz var ki, bəzi millətlər deyir ki, onlar bizim xalqa məxsusdur. Bizim klassiklərin haqqında çoxlu versiyalar var. Hər ölkənin alimləri sübut etmək istəyir ki, o klassiklər bizə aiddir. Bu hadisə ona görə möhtəşəmdir ki, bütün dünya bir daha tanıyacaq ki, Nəsimi Azərbaycana məxsusdur. Yəqin ki, genişmiqyasda tədbirlər, seminarlar, konfranslar keçiriləcək, dünyanın hər yerindən ədəbiyyat xadimləri gələcək. Bütün bunlarla dünyaya sübut edə biləcəyik ki, Nəsimi bizimdir. Həm də çox təəssüflə bildirmək istəyirəm ki, dünya bir yana qalsın heç öz gənclərimiz tanımırlar. Bilmirəm bu nə ilə əlaqədardır. Televizorda bir verilişə baxmışam klassiklərimizin, şairlərimizin heykəlini göstərirlər, gənclər tanımır. Çox təəssüf. Bu baxımdan yaxşıdır ki, nəinki bütün dünyaya həm də öz gənclərimizə, yeni nəslə tanıda biləcəyik. Bir daha dünyaya sübut edəcəyik ki, Nəsimi kimi böyük şair bizim Şairimizdir, Azərbaycana məxsusdur”.
Rasim Balayev “Nəsimiyə aid yeni bir film çəkilərsə qəbul edərdinizmi” sualımıza belə cavab verdi: 
“Vallah, nə deyim(gülür). O baxır ssenariyə. Filmdə onun yaşlı vaxtı, cavan vaxtı var. Mən indi təbii ki, onun cavanlığını oynaya bilmərəm. Amma əgər yaşlı dövrünü əhatə edən bir ssenari olsa, o zaman bəli, bu rolu ifa edərəm”.
Ülviyyə Qarayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.