Azərbaycanın həqiqi vətənpərvər ziyalıları hər zaman bir əqidənin, məsləkin sahibi olublar. Onlar hələ ötən əsrin 70-ci illərində sovet rejiminin amansız ideologiyası dövründə Heydər Əliyevin parlaq İşınına toplaşıb, sığınıblar. Onun himayəsi sayəsində siyasi təqiblərdən xilas olublar, yaşayıb-yaradıblar, dünya miqyasında tanınıblar, böyük uğurlar əldə ediblər. Sanballı və qədirbilən ziyalılarımız Azərbaycanın ən ağır günlərində yenə də Heydər Əliyevə üz tutublar, Xilaskar kimi Ondan kömək istəyiblər. Ötən əsrin 90-cı illərində parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunu Heydər Əliyevin ətrafında sıx birləşməkdə görən və yeni milli siyasi hərəkatın başlanmasında, Yeni Azərbaycan Partiyasının yaranmasında da Ziyalılarımızın rolu və xidmətləri unudulmazdır.
Dəyərli Ziyalılarımız Ümummilli Lider Heydərə Əliyevə olan sədaqət və ehtiramlarını həmişə qoruyub saxlayıb, Onun ideyalarına sadiqliyini nümayiş etdiriblər. Ulu öndərin layiqli davamçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev Yolunda İnamla, İlhamla müstəqil Azərbaycanımızın daha da inkişafı naminə irəliləməkdədirlər.
… Çox təəssüf ki, məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində özünə yaxşı şərait və imkanlar qurmuş, var-dövlət əldə etmiş Cəmil Həsənli dövlətimizin milli mənafeyinə və dövlətçiliyimizə xilaf çıxaraq ziyalı adına yaraşmayan bəyanatlar verməklə məşğuldur.
Ulu öndərin qurduğu və möhkəmləndirdiyi müstəqil Azərbaycanda rahatlıqla yaşayan, bu hökumətin dəstəyi ilə tanınan və maddi rifahını yaxşılaşdıran bu şəxslər vaxtilə Heydər Əliyev haqqında pafoslu nitqlərini, yazdığı kitabları qarşısına qoyub ziyalılıqdan uzaqlaşdığını dönüklüyünü görə bilirirlərmi?
… Ziyalının bir mövqeyi, bir məsləki olur. Ziyalı mövqeyinə, məsləkinə xəyanət edənlər əmin ola bilərlər ki, bu Vətənin və Millətin sahibi də var, Layiqli Dövlət Başçısı da.
… Bu Vətənin sahibi olan XALQ öz seçimini edərək Cənab İlham Əliyevin ətrafında sıx birləşərək Uğur dastanı yazmaqda davam edir.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.