“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
Dövlət Rəsm Qalereyasından alınan məlumatda növbəti auksionun respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərinin yaradılması, alıcı və satıcılar arasında əlaqələrin qurulması, art biznes sahəsində rəqabətqabətliliyin gücləndirilməsi, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunun artırılması məqsədilə həyata keçiriləcəyi bildirilib.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.