ADAU-nun rektoru, professor İbrahim Cəfərov öz feysbuk səhifəsində paylaşım etmişdir. Onu olduğu kimi oxuculara təqdim edirik.
Bu gün doğma universitetimiz hər ötən gün irəli gedir, yenilənir, müasirləşir, mükəmməlləşir, maddi-texniki bazası durmadan möhkəmlənir, tələbə sayımız artır, tədris keyfiyyətimiz yüksəlir, xarici proqramlarda iştirakımız artır, texniki imkanlarımız güclənir və bu siyahını daha da artırmaq olar. Ən vacibi isə tələbələrimizin universitetin göstərdiyimiz var-dövlətinə qayğı ilə yanaşması , onu qoruması və bütün bunlarin onlara məxsusluğunun anlaşılmasıdır.Gənc müəllimlərin tədris prosesinə qoşulması, tədrisin azərbaycan, rus və ingilis dillərində aparılması, müxtəlif dillərdə tədris aparan müəllimlərin mövcudluğu qısa müddət ərzində tədris prosesində inailabi dəyişikliklərə səbəb olacaqdır.Yolumuzun açıq olması üçün dövlət, kənd təsərrüfatı nazirliyi əlindən gələni edir. Qarşıda işlərimiz çoxdur, bir sıra ixtisaslarımız beynəlxalq akkreditasiyadan keçməli, ikili diplomlarla bağli Avropa universitetləri ilə həlledici addımlar atmağın vaxtı çatmışdır, qarşıdakı ildə proses sürətlənməlidir. Əminəm ki, qarşıda duran bütün problemləri həll etmək gücündəyik və həll edəcəyik, çünki bu gün bizim universitetin daha yüksək müstəviyə çıxması möhtərəm cənab Prezidentin diqqətindədir, 10 noyabr 2017-ci ildə cənab Prezident ikinci tələbə evinin açılışını edərkən tapşırıq vermişdir ki, qısa zamanda aqrar universitet beynəlxalq status almalı, tələbə sayı 10 min nəfərə çatdırılmalıdır. Əziz tələbələr, hörmətli müəllimlər, dövlətimizin və xalqımızın şərəf və qüruru olan cənab Prezidentə Allahdan cansağlığı diləyərək söz veririk ki, aqrar universitet olaraq ölkənin kadr təminatını ödəmək, bazar rəqabətli kadrlar yetirmək üçün bütün potensialımız var və biz buna qısa müddətdə nail olacağıq.
İbrahim Cəfərov,ADAU-nun rektoru,professor