Bu görüş Mədəniyyətimizə göstərilən diqqətin təzahürü idi

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü bir daha bu sahəyə dövlət qayğısının əyani təzahürü olaraq özünü təsdiqlədi. Biz mədəniyyət işçiləri hər zaman bu diqqət, qayğının şahidi olaraq əhatə olunmuşuq. Ancaq bu görüş deyərdim ki, digərlərindən daha çox öz farmatı ilə fərqlənirdi. Məndə ilkin olaraq belə bir təəssürat yaranmışdır ki, görüş yenə də ümumi iclas xarakteri daşıyacaq və ancaq proqram xarakterli olacaq. Ancaq efir vasitəsilə bu görüşü izlədikdə heç də bunun belə olmadığının şahidi oldum. Görüşdə möhtərəm cənab prezidentimiz İlham Əliyevin daha çox mədəniyyət və incəsənət xadimlərini dinləmək və əsas qayəsi ilə mövcud problemləri eşitmək istəməsi başlıca amillərdən biri idi. Ölkə başçısı bunun üçün sənət adamlarına böyük bir meydan verdi. Hər kəs öz daxilində olanı və onu narahat edən problemləri dilə gətirə bildi. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu kimi praktika əksər inkişaf etmiş ölkələrdə belə mövcud deyil ki, ölkə başçısı mütəmadi olaraq xalqla görüşsün, onları narahat edən problemləri dinləsin və mövcud problemlərin həlli istiqamətində dərhal, yerindəcə aradan qaldırılması üçün müvafiq göstərişlərini vermiş olsun. Bu qeyd edilən amil bizim prezidentimiz cənab İlham Əliyevin siyasi xəttinin əsasını təşkil edir. Şəxsən mən deyə bilərəm ki, bizim ailə hər zaman dövlət qayğısı ilə əhatə olunub. Böyük bir xoşbəxtlik bizim ailəyə də nəsib olub ki, məhz mənim hər iki mərhum valideyinim olan Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva respublikanın ali fəxri adlarına layiq görülüblər. Mərhum atam və anam Azərbaycan mədəniyyəti tarixində, xüsusilə Gəncə mədəni həyətındakı xidmətlərinə görə “Respublikanın xalq artisti” fəxri adına layiq görülüblər və anam xalq artisti Sədayə Mustafayeva Prezdentin fərdi təqaüdçüsü olub. Bütün bu sadalananlar bir daha göstərilən diqqət və qayğının əyani təzahürüdür. Son görüşdə hörmətli cənab prezidentimiz İlham Əliyevin xalq artisti Afaq Bəşirqızının çıxışına dərhal reaksiya verməsi, teatr işçilərinin aylıq əmək haqqlarının artırlması barədə təkliflərin hazırlanması və əhəmiyyətli dərəcədə artırılması ilə bağlı göstərişi də bu diqqət, qayğının davamlı olduğunun göstəriçisidir.

Bu gün əsasən regionlarda çalışan və ömürlərini Azərbaycan mədəniyyətinə həsr edən incəsənət ustaları daha çox əziyyət çəkirlər. Onların sosial təminatları heç də ürək açan deyil. Bu üzdən də açıq etiraf etmək lazımdır ki, bir çoxları əsas iş saatlarından sonra bacardıqları digər əmək fəaliyyəti ilə məşğul olurlar ki, ailə-məişət problemlərini həll etmiş olsunlar. Məhz cənab prezidentimiz İlham Əliyevin bu kimi diqqət və qayğısı bu sənət fədailərinin də ailə-məişət və sosial problemlərinin aradan qaldırılması istiqamətində həll olunması baxımından böyük yardım etmiş olaçaq. Mən də öz növbəmdə göstərilən diqqət və qayğı üçün hörmətli cənab prezidentimizə Gəncədə fəaliyyət göstərən sənət dostlarım adından dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Var olun.

 

Hörmətlə, Anar Burcəliyev

Teatrşünas

 Gəncə. 03.03.2019.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.