BSU-nun tələbələri ilin fəsilləri ilə bağlı kompozisiya təqdim ediblər

Dekabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “İlin fəsilləri” adlı tədbir keçirilib.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə Pedaqoji fakültənin xarici dil müəllimliyi (rus dili) ixtisası üzrə təhsil alan tələbələri bədii-musiqili kompozisiya ilə çıxış ediblər. Kompozisiyada ilin dörd fəslinə – qış, yaz, yay və payız fəsillərinə səyahət edilib, hər fəslin özünəməxsus xüsusiyyətləri, gözəllikləri canlandırılıb. Eyni zamanda, hər fəsil haqqında müxtəlif səhnələr göstərilib, şeirlər, mahnılar səsləndirilib. Tələbələrin çıxışları maraqla qarşılanıb.
Tədbir tələbə-gənclərin müəllim və tələbələrə xoş Yeni il arzuları ilə yekunlaşıb.

BSU-nun Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.