Bu başlıq facebook səhifəsinə ADAU-nun tələbəsi tərəfindən qoyulmuş bir yazıdan götürülmüşdür. Sosial şəbəkələrdə bu təhsil ocağının tələbələri demək olar ki, hər gün öz sevimli rektorları barədə ürək sözlərini yazmaqdadırlar. Bəs, hörmətli rektoru öz tələbələrinə sevdirən ən əsas keyfiyyətlər və cəhətlər hansılardır? Etmtv. news portalı bunu hörmətli rektor haqqında yazılan son materiallarda araşdırmağa cəhd edəcəkdir.
Bu gün KİV səhifələrində respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları barədə asanlıqla istənilən məlumatlar almaq mümkündür. Bu yazılar adətən müxtəlif mövzuları əhatə edir. Bir hissəsi bu təhsil ocaqlarında baş verən neqativ hallara, digərləri mətbuat xidmətlərinin oxuculara “çatdırdığı”, çox vaxt isə artıq gecikmiş məlumatların xronikasına həsr olunur. Yalnız, ali məktəb haqqında ilk mənbədən, sosial şəbəkədən alınan məlumatlar oxucular üçün bu hadisələr, olaylar, insanlar haqqında dolğun və düzgün informasiyaya çevrilir. Bu yazılar adətən insanların səmimi qəlbdən gələn ürək sözləridir. Sosial şəbəkələrdə fəallıq göstərən, özünü rəhbərlik etdiyi kollektivin bir parçası kimi görən, bu kollektivin sözün əsl mənasında döyünən ürəyi hesab edilən universitet rəhbərləri isə, demək olar ki, yoxdur. ADAU-nun rektoru, prof. İbrahim Cəfərovdən başqa heç bir rektor ictimaiyyətlə belə bir sıx əlaqəyə malik deyildir. Bu, həm qürurverici haldır, həm də onu ictimaiyyətə sevdirən, onu insanlara olduğu kimi tanıtdıran bir cəhətdir.
Etmtv. news təhsil portalının fəaliyyət göstərdiyi qısa bir müddətdə ADAU, eləcə də bu universitetin rektoru ilə bağlı artıq onlarla yazı dərc olunmuşdur. Çünki, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları ilə bağlı ən maraqlı məlumatlar, ən sevindirici xəbərlər yalnız bu təhsil ocağı ilə bağlı olmuşdur. Universitetin uğurlu işi, eləcə də hörmətli rektor İbrahim Cəfərovu ictimaiyyətə sevdirən bütün xarakterik cizgiləri kütləvi informasiya vasitələrində dərc olunan yazılarda asanlıqla anlamaq mümkündür. Biz tək Etmtv. news portalında yer almış məlumatları müəyyən ardıcıllıqla verməklə İbrahim Cəfərovun nə üçün tələbələr və ictimaiyyət tərəfindən belə sevildiyini nəzərinizə çatdırmağa çalışacağıq.
“Bizim rektor əsl şəxsiyyətdir! Var olun, hörmətli rektorumuz İbrahim Cəfərov!”
Həmrəylik günü və ilin son gecəsi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində böyük səmimiyyət və coşqu ilə qeyd edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun şənliyə qatılması, övladları qədər əziz bildiyi tələbələri ilə bayram süfrəsində əyləşməsi, onlara arzu və təbriklərini söyləməsi isə bayram şənliyini daha yadda qalan edib. Şən müsiqilər, bir-birindən gözəl rəqslər bayram gecəsinə xüsusi təmtəraq verib.
“Rektor universitetin qapılarını ictimaiyyətin üzünə açıb – Buyurun gəlin!”
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ictimaiyyətə səslənərək rəhbərlik etdiyi təhsil olcağına dəvət edib.
Etmtv. news rektorun sosial səhifəsində yerləşdirdiyi dəvəti sizə təqdim edir:
Əziz dostlar, Azərbaycan Dövlət Aqrar Universiteti olaraq aqrar sahənin inkişafında maraqlı olan bütün tərəflərı – şirkətləri, fermerləri, istehsalçıları, müxtəlif elmi-tədqiqat institutlarının alimlərini, valideynləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini tədris prosesinə dəvət edirik.
Şəffaf və dünyəvi tədris prosesinə nail olmaq, bazarın tələbatına uyğun müasir düşüncə tərzinə malik, xarici dillərdən birini mükəmməl bilən, kompyuter bilikləri olan Azərbaycan vətəndaşı və aqrar mütəxəssis yetişdirmək hədəfimizdir.
Bu nöqteyi nəzərdən dünyanın müxtəlif universitetləri ilə əmədaşlıq tellərimiz mövcuddur, hər il onlarla tələbələrimiz Erasmus proqramı çərçivəsində Avropanın və Türkiyənin universitetlərində təhsil alır, müxtəlif proqramlar çərçivəsində alimlər universitetimizə dəvət olunur, mühazirələr oxuyur, praktiki dərslər keçirlər.
Tələbələrimiz də bu istiqamətdə tam səfərbər olunmalı və öhdəliklərinə, yəni normal təhsil almalarına köklənməlidirlər. Hamımıza uğurlar arzusu ilə səsimə səs verməyə, universitetlə bir yerdə olmağa çağırıram!!!
“ADAU-unun fakültələrində “Rektora Məktub” qutuları”
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.
“ADAU-nun rektoru “Qızıl Buta” mükafatı ilə təltif olundu”
Dekabrın 26-da Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi “Qızıl Buta” milli mükafatının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu dəfə keçirilən sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən respondentlər arasında aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.
“Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzi, respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə görə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov təhsil müəssisəsində yeni təhsil sisteminin yaradılmasında xidmətlərinə görə “QIZIL BUTA” mükafatı ilə təltif olunmuşdur.
“ADAU-da valideyn şurası yaradılıb”
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin ayrı-ayrı ixtsaslarında oxuyan tələbələrin valideynləri ilə görüşüb.
Rekor bildirib ki, bu gün valideyn – universitet münasibətinin yaranması və birgə fəaliyyət ilk olaraq cəmiyyət üçün gərəkli gəncliyin yetişdirilməsini təmin edəcək, günün təlabatına uyğun kadr hazırlığına kömək olacaq. Hazırda ADAU-da çox sayda perspektivli gənclər var. Onlar burada özlərini bir ailənin üzvü kimi hiss edirlər. Tələbələrlə mütəmadi görüşlərin keçirildiyini deyən rektor İ. Cəfərov valideynlərlə də səmimi və faydalı münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini dilə gətirib. O, Valideyn Şurasının yaradılmasına ciddi yanaşıldığını deyib və valideynlərin mövcudluğunu daim görmək arzusunda olduğunu söyləyib. – Universitet həyatında iştirakınızın bu və ya başqa formaları haqqında sizinlə məsləhətli şəkildə müəyyən addımlar atacağıq. Bu, o deməkdir ki, siz universitet həyatının hər bir məqamında iştirak edəcəksiniz. İstədiyiniz zaman, istənilən tədris və imtahan prosesində övladınızla birlikdə iştirak edə bilərsiniz. Dekanlar sizin iştirakınızı təmin edəcəkdir. Bir-birinizi tanımağınızı, tədbirlərdə iştirak etməyinizi istərdim. Bu şəkildə bizim ailəmiz daha da güclənər.- rektor çıxışında bildirib.
Bütün bunlarla yanaşı rektor Universitetin maddi-texniki bazası, təhsil və sosial şərait barədə də ətraflı məlumat verib, təhsil müəssisəsinə Dövlət qayğısından danışıb.
Çıxış edən valideynlər, müəllim və dekanlar bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, yaradılacaq valideyn şurasının fəaliyyəti barədə təkliflərini söyləyib. Valideynlər isə öz növbəsində uşaqlarının ADAU-da təhsil almalarından qürur duyduqlarını və çox məmnun olduqlarını diqqətə çatdırıblar. Keyfiyyətli tədris, şəffaflıq, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər.
Sonda ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov 11 nəfərdən ibarət valideyn şurasının üzvlərini toplantı iştirakçılarına təqdim edib.
Toplantıdan sonra şura üzvləri sədr seçiblər.
“Bizim ictimaiyyətdən gizlədiləsi heç nəyimiz yoxdur”
İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
“Əziz tələbələr, hörmətli müəllimlər, valideynlər, KİV nümayəndələri, bildiyiniz kimi 29 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır və bu sessiya 01 fevral 2019-cu ilədək davam edəcəkdir.
Məlumat üçün bildirirəm ki, hər il olduğu kimi bu il də universitetdə imtahanların şəffaf, obyektiv, ədalətli keçirilməsi üçün bütün təşkilati işlər görülmüşdür. Universitetdə ölkənin KİV nümayəndələri də daxil olmaqla İctimai Nəzarət, Valideyn və İmtahanlara Tələbə Nəzarət Şuraları yaradılmış, müvafiq əmrlə appelyasiya komissiyası rəsmiləşdirilmişdir. İmtahanqabağı bütün fakültələrdə tələbələrlə görüşlər keçirilmiş, onların imtahan qayğıları, bu məsələ ilə bağlı qaldırdıqları problemlər dərhal həllini tapmışdır. İmtahanlar Boloniya prosesinin tələblərinə uyğun olaraq yazılı, şifahi və test üsulu ilə keçiriləcəkdir.İmtahan cədvəlləri bir ay əvvəl tərtib olunmuş, təsdiq edilmiş və tələbələrə çatdırılmışdır. Tədris prosesində imtahan məsuliyyətli və şərəfli olmaqla yanaşı, onun şəffaflığı eyni zamanda imtahan verənlərin hazırlıq səviyyəsindən və imtahan götürənlərin biliyi düzgün qiymətləndirməsindən keçir. İmtahan prosesi ilə bağlı bizim ictimaiyyətdən gizlədiləsi bir şeyimiz yoxdur. Biz bütün maraqlı tərəfləri imtahan prosesini fəal izləməyə dəvət edirik.
Əziz tələbə, Sizlərin nəzərinə çatdırmaq istəyirəm ki, imtahan prosesində Sizlər tək deyilsiniz, mən aqrar universitetinin rektoru olaraq hər dəqiqə, hər an yanınızdayam. Sizlərin qaldırdıqları istənilən ədalətli problem dərhal həllini tapacaqdır. Biz universitet olaraq Azərbaycan dövləti qarşısında məsuliyyətimizi anlayırıq və Sizlərin bazar rəqabətli, innovativ düşüncəli gənclər kimi yetişməyiniz üçün əlimizdən gələn hər şeyi edəcəyik.
“Rektor öz tələbəsinə dəstək oldu”
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilin yekunu ilə bağlı yeni müsabiqəyə start verir. Müsabiqədə Azərbaycanda yerləşən ali təhsil müəsisələrinin, Universitet və Kolleclərin sosial-ictimai həyatında fəallıq göstərən tələbələri, Tələbə Gənclər Təşkilatı üzvləri iştirak edir. Müsabiqədə Azərbaycan Dövlət Aqrar Universitetinin sosial həyatında fəal gənclərindən olan Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasının 3-cü kurs tələbəsi Vəliyev Ruslan da iştirak edir. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, prof. İbrahim Cəfərov özünün facebook izləyicilərini öz sevimli tələbəsi Ruslan Vəliyevə səs verməyə dəvət etmişdir. Səsvermənin nəticələrindən asılı olmayaraq, hörmətli rektorun öz tələbəsinə dəstək olmaq çağırışı facebook izləyicilərində böyük maraq doğurmuşdur. -“Rektorumuz bizə hər zaman dəstəkdir. Həqiqətən də hər zaman yanımızdadır. O, hər yerdə deyir ki, tələbələrim övladlarımdır!” – Ruslan Vəliyev sevimli müəllimi haqda ürək sözlərini facebook səhifəsində dostlarına ünvanlamışdır.- Sizin tələbəniz olduğum üçün, ADAU-nun tələbəsi olduğum üçün hər zaman qürur hissi keçirirəm.- gənc Ruslan fəxrlə bildirmişdir. Onu da bildirək ki, müsabiqədə iştirak edən gənc Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədr-müavini kimi ADAU-da fəaliyyət göstərir. Bu kimi müsabiqələrin keçirilməsində əsas məqsəd gənclərin sosial-ictimai aktivliyinin yüksəldilməsi,onların sosial sferada ixtisaslaşması həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması,onların fərdi inkişafının yüksəldilməsi və digər xüsusiyyətləri əhatə edir. Müsabiqə 24 Dekabr saat 15:00-a kimi davam edəcəkdir.
“Ibrahim Cəfərov 5-ci dəfə ilin ən yaxşı rektoru seçildi”
Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsi tərəfindən keçirilən “2018-ci ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusu yekunlaşıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən sosial tələbə sorğusunda səslərin 53 %-ni toplayıb, 5-ci dəfə qalib olaraq ən yaxşı rektor adına layiq görülüb.
Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, səhifənin rəhbəri Zöhrab Süleyman yarışmanın mükafatını professor-müəllim, tələbə heyətinin iştirakı ilə İbrahim Cəfərova təqdim edib.
İbrahim Cəfərov sözün həqiqi mənasında tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan rektordur. O, digər universitetin tələbələri tərəfindən də sevilir. Beləcə bu keyfiyyətlərə malik rektora görə ADAU tələbələrinə qibtə edirlər. Bununla yanaşı sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən samballı töhfədir. Təbii ki, bu imkanlara malik tələbə də səsvermə zamanı ona yaradılan şəraiti- İbrahim Cəfərovu dəstəkləyib.
“Mən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğum üçün fəxr edirəm!”
ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasının 3- cü kurs tələbəsi Ruslan Vəliyev özünün facebook səhifəsində təhsil aldığı universitet ilə bağlı maraqlı paylaşım etmiş və Etmtv. news saytının email poçtuna göndərmişdir. Yazı tələbələrin öz doğma universitetləri ilə fəxr etdiklərinə bir daha əyani sübutdur. Yazını olduğu kimi oxuculara təqdim edirik.
-“Mən Azərbaycan Dövlət Aqrar Universiteti tələbəsi olduğum üçün fəxr edirəm! Bunu tək məndən yox, bunu Universitetimizdə, ADAU-da təhsil alan hər bir tələbədən eşitmək olar!
Azərbaycan Dövlət Aqrar Universiteti hər keçən gün daha da inkişaf edir.
Azərbaycan Dövlət Aqrar Universiteti Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib”.
Mövzuya qayıdacağıq.
ETMTV. NEWS
Yaxşı ki, ADAU ailəsindəyəm!
Biz rektorumuzla fəxr edirik.
Ne yaxşı ki İbrahim Cəfərov bizim universitete rəhbərlik edir.
Allah onu qorusun!
Bizim rektor İbrahim Cəfərov həqiqətən tələbələrin qeydinə qalan və onlara hərtərəfli dəstək göstərən , universitetin inkişafına nail olmaq üçün hər cür imkandan maksimum dərəcədə istifadə edən və universitetimizdə şəffaf mühit yaratmış hərtərəfli və uzaqgörən liderdir.
Ibrahim Ceferovun sayesinde ADAU ozunun en yuksek inkiwaf dovrunu yawayir.Ve biz telebeler eminlikle deye bilerik ki,ADAU daha boyuk nailiyetlere ugurlara imza atacaq.Biz ADAU telebeleri dovletini,milletini,telebelerini bu cur seven hormet besleyen bir rektorumuz oldugu ucun cox xowbextik.Allah sizi qorusun Ibrahim muellim❤
Hörmətli İbrahim Cəfərov tələbəyə qayğı ilə yanaşır və bütün dərdlərini dinləyir ,ən əsası da problemin həllinə çalışır .Hansı Rektor bu qədər əl çatandır? Mən iki təhsilimi də ADAU-da aldığım üçün özümü şanslı hesab edirem .ALLAH uzun ömür versin .
Mende Aqrar Universitetin telebesi olarag fexr ediremki bele rektorumuz var😊olkede bele rektorlarin sayi coxalsa tehsilimizde gozecarpacag yukseliwler olar
Bəli, bu bizim Rektordur! Bizim sevimli rəhbərimiz İbrahim Cəfərovdur! Allah onu hər zaman var etsin, ADAU ailəsinin üzərindən əksik etməsin. Onun son 5 illik fəaliyyəti göz önündədir və gördüyü işlər danılmazdır. Aqrar sahə bir başa cənab Prezidentimiz İlham Əliyevin nəzarətindədir və onun inkişafı, günü gündən çiçəklənməsi buna bariz nümunədir. Bizim təşəkkürümüz ölkə başcımıza sonsuzdur, Prezidentimiz var olsun ki, cənab Nazir İnam Kərimov kimi və Sizin kimi gözəl insanları bizə Rəhbər təyin edib. Məsuliyyətli və eyni zamanda şərəfli işlərinizdə Sizə uğurlar arzu edirik! Var olun!
Biz, ADAU tələbələri bu cür rəhbərimiz olduğu üçün çox xoşbəxtik. Əminik ki, İbrahim müəllimin rəhbərliyi altında ADAU daha böyük uğurlara imza atacaq. Yaxşi ki varsiz bizim rektorumuz. Allah sizi qorusun.
Hormetli rektorumuz Ibrahim Ceferov numunevi rektordur. Oz vezifesini layiqince, sherefle yerine yetirir. Her zaman yukseklerde olun, var olun!❤️
Elbette ki bizim rektoru sevdiren esas cehet onun semimiliyidir.Telebelerin icindedi, onlarin problemleri ve isteklerini oyrenir her cur destek olur.ister maddi isterse de menevi Sağolun Hörmetli Rektorumuz 🙂
Biz rektorumuzla fəxr edirik!Şanslıyıqkı İbrahim Cəfərov bizim rektordur!
Elbetdeki Ibrahim muellim bu yazilanlari sonuna qeder haqq edir, her zaman telebelerinin yanindadir bizim rektorumuz!!!
İbrahim müəllim daim tələbələrin yanındadır.ADAU İbrahim müəllimin rəhbərliyi ilə günü-gündən gözəlləşir.İşlərinizdə daim uğurlar cənab rektor.
Var olun İbrahim müəllim. #BİZİMREKTOR #HərZamanÖndə