Birinci vitse-prezident: Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

Etmtv. news AZƏRTAC-a istinadən xəbər verir ki, paylaşımda deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.