Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında həkim-yazar Tamara İslamqızının “Bir payız axşamı” kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, tanınmış yazıçı-publisistlər, şair və yazıçılar, fəal oxucular, ədəbiyyatsevərlər iştirak edirdi.
AYB Gəncə bölməsinin sədri Xəzangül xanım həkim – yazar Tamara İslamqızını iştirakçılarla tanış edərək, bildirdi ki, “Bir payız axşamı” romanı ilə müəllifin oxucularla ikinci görüşüdür. Nüşabə Əsəd Məmmədli Tamara İslamqızının həm insani, həm həkim, həm də yazıçılıq keyfiyyətlərindən danışdı.
Yazıçı-jurnalist Rəfiqə xanım Sadıqova və kitabın ön sözün müəllifi Fərruxə Umarova roman haqqında fikirlərini söylədilər.
Tədbirdə AYB Gəncə bölməsinin məsləhətçisi, şairə Aləmzər xanım Əlizadə, şairlərdən İmamverdi Məmmədov, Qəribə Göyçəli, yazıçının qızı Türkan xanım çıxış etdilər, müəllifə can sağlığı, yeni yaradıcılıq uğurları dilədilər.
Sonda müəllif çıxış edərək təəssüratını bölüşdü, tədbirin təşkilatçılarına və iştirakçılarna təşəkkürünü bildirdi.
Təqdimat mərasimi iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.