Bilinməyən həqiqətlər – Bəşəriyyətə düşmən olan Qara Klan

Klan yalnız din əxlaqına deyil, eyni zamanda milli dəyərlərə də qarşıdır. Klanın eqoist və mənfəətçi quruluşu səbəbiylə, qara klan üzvləri vətən sevgisindən və millətə xidmət duyğusundan məhrum insanlardır. Bu insanlar üçün əhəmiyyətli olan mənfəətlərini davam etdirə biləcək infrastrukturun təmin edilmiş olmasıdır. Bunun üçün də fahişəliyin qanuni görüldüyü, narkotik istifadəsinin yayıldığı, əxlaqsızlığın davam edə bilməsi üçün asanlıqla vəsait ola bilən bir mühit lazımlıdır. Qara klan səfalət və rüsvayçılıq mühitində həyat sahəsi tapar. Belə bir mühitin vətənin və millətin yaxşılığına olmayacağı, bu insanların da millətin mənfəətini öz mənfəətlərinin qarşısında tutmayacaqları açıqdır. Rifahın artması, zənginliyin yayılması, elm və texnologiyanın imkanlarından hər kəsin bərabər olaraq faydalana biləcəyi bir quruluşun meydana gəlməsi bu təşkilatın əsla maraqlarına uyğun gəlməz. Bu təşkilat cəmiyyətin hamısına istiqamətli zənginlik meydana gəlməsindən narahat olur. Ölkənin inkişafını, gəlir paylanmasının təkminləşdirilməsi, ictimai hüzur və təhlükəsizliyin təmin edilməsini istəməz. Hətta incəsənətin inkişafından da xoşlanmaz. Çünki o zaman qaranlıq işləri üçün istifadə edəcəyi insanları tapması çətinləşəcək. Üstəlik klan üzvlərinin səhv zehniyyətinə görə güclü olması lazım olan yalnız öz lideridir. Sistemlərinin davam edə bilməsi üçün gücün, liderlərinin əlində olması lazımlıdır və bu onlar üçün kifayətdir. Qara klanın idarəsinin güclü olduğu ölkələrdə bu vəziyyət açıq şəkildə müşahidə edilə bilər. Başda bəzi Latın Amerikası və Afrika ölkələri olmaq üzrə, üçüncü dünya ölkələrinin böyük əksəriyyətində, bu ölkələrin inkişafı üçün bir çox təbii qaynaq olmasına baxmayaraq, səfalətin və yoxluğun hakim olması olduqca diqqət çəkicidir. Bu ölkələrin ümumi xüsusiyyəti, ölkə iqtisadiyyatı, bir ovuc varlıqlı insan tərəfindən nəzarət edilib istismar edilərkən, xalqın böyük əksəriyyətinin aclıq və yoxluq içində yaşamasıdır. Bu sui-istifadənin ən böyük səbəbi, ölkəyə hakim olanların çıxarmaq yerinə istismar etməyi seçmələri, ölkə iqtisadiyyatını bir növ sui-istifadə iqtisadiyyatı halına gətirmələridir. Xüsusilə diktator rejimləri ilə idarə olunan Latın Amerika ölkələrində sui-istifadə ilə mübarizə etmək demək olar qeyri-mümkündür. Təhlükəsizlik orqanları arasında mütəşəkkil cinayət təşkilatları ilə birlikdə hərəkət edənlər və ədliyyə orqanlarındakı insanların əksəriyyəti bu şəbəkələr adına işləyirlər. Geriyə qalanlar da cinayət təşkilatlarından qorxmaqdadır. Bu ölkələrdə diktator rejimlərinin xalqa tətbiq etdiyi zülmə qarşı çıxan Katolik kilsəsi, başlıca hədəf halına gəlmiş, bir çox ölkədə rahiblər və din insanları “ölüm manqaları” tərəfindən qətl edilmişdir. Afrika ölkələrinin əksəriyyətində də, oğurluq və cinayət çox məşhurdur. İnsanlar hava qaraldıqdan sonra küçəyə çıxa bilməməkdə, zənginlər evlərini xüsusi cangüdənlərlə qorumaqdadırlar. Həmçinin bu ölkələrdə başda QİÇS olmaq üzrə, bir çox yoluxucu xəstəlik çox məşhurdur. Faili məchul cinayətlərin tez-tez işləndiyi, narahatlıq və qorxunun hakim olduğu, ədalətdən və hüquqdan bəhs etmənin mümkün olmadığı, fahişəliyin və narkotik ticarətinin ən əhəmiyyətli gəlir qaynaqları arasında sayıldığı bu ölkələrin içinə düşdükləri vəziyyətdən heç cür xilas ola bilməmələrinin əhəmiyyətli bir səbəbi, ölkələrində suveren olan qara klanın fəaliyyətləridir. Bu ölkələrə suveren olan klan üzvləri, beynəlxalq kömək quruluşlarının aclıqdan ölmə sərhədindəki insanlara göndərdikləri köməklərə belə əl qoymaqda və bunları kasıb xalqa pul qarşılığında satmaqdadırlar. Ölkələrindəki milyonlarla insanın aç və səfil qalması, bu vicdansız insanlar üçün son dərəcə üstün “dolanışıq qaynağı” vəziyyətindədir. Bununla birlikdə klanın üzvləri, xalqın önünə çıxdıqlarında ölkələrinin mənfəətini güddüklərini iddia edər, əsl məqsədlərinin ölkələrini inkişaf etmiş ölkələrin mədəniyyət səviyyəsinə yüksəltmək olduğunu söyləyərlər. Halbuki mədəniyyətə çatmağı hədəflədiklərini söylədiklərində də əsas diqqət etdikləri, inkişaf etmiş ölkələrin demokratiyası, sənayesi, elmi deyil din əxlaqından uzaq mədəniyyət quruluşu və degenerasiya olmuş cəmiyyət modelidir. Saxta görüntü üçün, yüksək elm və texnologiya səviyyəsindən, insan haqlarına və təməl azadlıqlara hörmətlə yanaşdıqlarından bəhs etsələr belə, əsl meydana gətirmək istədikləri zinanın sərbəst olduğu, evlilikdən kənar münasibətlərin yaşandığı, narkotik istifadəsinin azad buraxılıb narkotikin dövlət tərəfindən təmin edildiyi, ailəyə bağlılıq və hörmət anlayışının tamamilə ortadan qalxdığı bir cəmiyyətdir. Qərb dünyasında qara klan, vətən və millət kimi anlayışları əksəriyyətlə tənqid edər və bu anlayışlara dəyər verənləri də alçaq görər. Bunun səbəbi, qara klanın inandığı SOSİAL DARVİNİST əxlaqın, eqoist bir fərdilik tələb etməsi və bunun da vətən və millət sevgisi kimi fədakarlıq tələb edən anlayışlara zidd düşməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.