Baş Prokurorluqdan xəbərdarlıq: İşğaldan azad olunan ərazilərə səfər etmək təhlükəlidir

Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir. Bu səbəbdən Baş Prokurorluq işğaldan azad olunan ərazilərə səfər edən mülki şəxslərə müraciət edib:

“Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir. İşğaldan azad olunmuş torpaqlarımızın minalardan və digər partlayıcı maddələrdən təmizlənməsini gözləyək. Məsuliyyətli olaq!” – deyə müraciətdə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.