Bakının qədim mədəniyyətinə xəyanət

Ulularımızdan belə bir deyim var. – Keçmişi olmayanın nə bu günü var, nə də sabahı.

Tarix boyunca bizlərə babalarımızdan miras qalmış tarixi tikintilərimiz,abidələrimiz,yer adlarımız, maddi- mənəvi dəyərlərimiz,,milli adət- ənənələrimiz yağılar tərəfindən yerlə yeksan edilmiş, dağılmış, izləri itirilmişdir. Bu günə qədər onların bəziləri alimlərimiz tərəfindən araşdırıla bilməmiş, bəziləri haqqında isə indiyə qədər mübahisələr getməkdədir. Bunların hamısının arxasında ancaq bir şey durur – millətin öz keçmişini unutdurmaq.

Təəssüflər olsun ki, bu hal bu gün də var – dövlət sahibi olmaq istəyənlər bu gün də tarixi abidələrimizi talan etməklə yanaşı, onların izini itirməklə məşğul olurlar. Onların yerində isə eybəcər – eybəcər obyektlər tikirlər, alış- veriş mərkəzləri açırlar. Belə yerlərdən yüzlərlə misal göstərmək mümkündür.

Onlardan biri Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən məşhur mədəniyyət obyekti olan  “Bakı kinoteatrı” deyilən binadır.

Burada kimlərsə  hansısa əyri yollarla binanın dörd bir tərəfini zəbt edərək  kinoteatrdan müxtəlif növ ticarət obyekti kimi istifadə edirlər. Deyilənlərə görə, həmin məşhur kinoteatr İslam Babayev adında bir şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. “Kinoteatr”dan bizə qalan isə onun adıdır.

Yəqin ki,aidiyyatı orqanlar bu haqda bir tədbir görərlər.

Bu haqda növbəti yazılarımızda ətraflı məlumat veriləcəkdir…

Ələsgər İsmayılov,

Bakı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.