Bakıda şagirdlərin intiharı ilə bağlı cinayət işi başlanıldı

Bakıda şagirdlərin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Etmtv.news xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki məktəbli qız – 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.