Bakıda daha bir məktəb distant dərslərə keçib.
Etmtv.news xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı orta məktəb COVID-19 səbəbindən artıq iki gündür ki, distant tədrisə keçib. Sözügedən məktəb məlumatı saytımıza təsdiq edib.
Qeyd olunub ki, bu həftənin 1-ci günündən etibarən 106 saylı məktəb müvəqqəti olaraq distant dərslərə qayıdıb, növbəti həftənin ikinci günündən etibarən dərslər bərpa olunacaq.